Kürdəmirdə sakinlərə 4 000 manat maddi ziyan vuran şəxslər saxlanılıb - FOTO

Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən xəbərinə görə, rayonun Xınıslı kənd sakini Rəfail İnqilab oğlu Məmmədov Kürdəmir rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evindən müəyyən əşyalar oğurlandığını bildirib. Bununla bağlı rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakinləri Rövşən Rasim oğlu Babaşov və İntiqam İftixar oğlu Cabbarovdur. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, onlar, ümumilikdə, Kürdəmir rayon sakinlərinə 4 000 manat məbləğində maddi ziyan vurublar.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.
Namiq Musayev




Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












