Kürdəmirdə silsilə oğurluq edənlər saxlanıldı - VİDEO

Kürdəmirdə silsilə oğurluq hadisəsi baş verib. Kürdəmir rayon sakinləri Səlimova Pərvanə Həsrət qızı və Bünyətov Mübariz Əbləsən oğlu müxtəlif vaxtlarda rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus bir ədəd 50 litr su tutumu olan samovarın, musiqi mərkəzinin, su mühərrikinin və digər məişət əşyalarının oğurlanması barədə məlumat veriblər.
Bununla bağlı Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluğu törədən şəxslər rayon sakinləri, əvvəllər məhkum olunmuş 30 yaşlı Şükürov Ruslan Balacan oğlu və 27 yaşlı Hüseynov Mehman Rəhim oğludur.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib. R.Şükürov və M.Hüseynov ilkin dindirmə zamanı törətdikləri cinayət əməllərini etiraf ediblər. Hazırda faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. (”Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











