Kürün səviyyəsi aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib - VİDEO

Kür artıq həmin Kür deyil. Nə coşur-daşır, nə də insanları vahiməyə salır. Günbəgün çayın suyu azalmaqda davam edir.
Avtosfer.az xəbər verir ki, təkcə Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi son 10-15 gün ərzində bir metrdən çox azalıb. Çayın səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib.
Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib. Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləyə bilmir. Yəni məhsuldarlıq aşağı düşüb.
Kür çayında suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da qurumağa başlayıb.
Quyular quruduğundan artıq rayon sakinləri quyu suyundan istifadə edə bilmədiklərini bildirib. Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayana qədər vəziyyət kritik olaraq qalacaq.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










