Kuryeri ölümə atan şirkətlər: Zaman yarışının qurbanları - VİDEO

Son vaxt daha çox paytaxt küçələrində gözə dəyən, sağa-sola şütüyən mopedlərin sayı artıb. Bu artımın müsbət tərəfləri olduğu kimi, qəza, xəsarət , ölüm halları kimi mənfi tərəfləri də var. Bir neçə gün öncə, şirkətlərdən birində kuryer kimi çalışan şəxsin faciəvi ölümü buna misaldır. Ekpertlər deyir ki, baxmayaraq ki, mopedlərlə bağlı xüsusi qanunda xüsusi imtiyazlar nəzərdə tutulub, onlar da yol hərəkəti qaydalarına əməl etməlidir.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Qanunvericiliyə görə, mühərrikin həcmi 50 kub/sm-dən aşağı olan istənilən mexaniki nəqliyat vasitəsi üçün heç bir sürücülük hüququ, heç bir texniki baxış və ya nömrə tələb olunmur. Bu amili nəzərə alan bəzi şəxslər rahatlıqla maped alıb onu idərə etmyə çalışırlar.
Ərşad Hüseynov – Yol nəqliyyat eksperti: “Ümumi işıqforun qırmızı, yaşıl işığı velospied, mopedə də aiddir. Hərəkətin əksinə gedirlər, giriş qadağan olunan yerə girirlər. Səki ilə, ikinci-üçüncü cərgə ilə sürürlər”.
Elməddin Muradlı – Ekspert: “Kiçik həcmli mopedlərdi, motosikllardı,bunlarla işləmək çətindir. Onlara bir ayrıca yanaşma tələb edir. O, əmin olmalıdır ki, qayda pozsa, onu ya yol polisi, yada başqa polis əməkdaşları saxlayacaq.Və buna imkan yaratmaq lazımdır”.
Mütəxəssislər deyir ki, moped sürənlər kimi, bu ikitəkərli ilə xidmət təşkil edənlərin də məsuliyyətli davranışı mütləqdir. Eyni zamanda həmin nəqliyyat növünün hər kəsə etibar etmək olmaz.
Azər Allahverənov – Ekpert: “Şirkətlər mopedi idarəedən şəxslər tərəfindən hər hansı bir qayda pozuntusu törətdiyini bilsə, dərhal olunla müqaviləni dayandırmalıdır. Yəni, mopedi idarə edən şəxs məsuliyyəti öz üzərində hiss etməlidir”.
Cəmşid Həsənov - Moped sürücüsü: “Zərurət varsa, ehtiyyac varsa bəli, belə məşğuliyyət kimi sürmək olmaz. Çünki moped maşın kimi deyil. Təhülkəsizlik yastığı, digər təhlükəsizliyi yoxudur”.
Ekpertlər deyir ki, kuryer və çatdırılma xidməti təklif edən şirkətlərin də məsuliyyəti az deyil. Çünki müəyyən zaman öhtəliyi qoymaqla müştəri cəlb edən restoran, kafelər işin vaxtında icra olunması üçün kuryeri riskə atır.
Elməddin Muradlı – Ekspert: “Onların bir çoxu çatdırılma xidmətdir, kuryer xidmətidir. Və onlar da müştəriyə daha tez çatmaq üçün, həmin müəssisənin tapşırığını icra etmək üçün belə addım atırlar”.
Hələlik isə biz onların xuliqanlıq hərəkətlərinin şahidi oluruq. Sifarişə tələsməklə,həm özlərini riskə atırlar, həm də digər hərəkət iştirakçılarını....
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










