Laçın aeroportunda torpaq qazma işlərinin 37 %-i icra edilib

Laçın Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının və sükan yolunun, perronun, terminal və köməkçi binalarının tikintisi üçün layihəyə uyğun torpaq qazma işləri aparılır və bu işlərin 37 %-i icra edilib.
Avtosfer.az xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Bundan başqa, onun sözlərinə görə, Bərdə-Ağdam dəmiryol xəttinin də bir hissəsi hazırdır: "Ümumi uzunluğu 47 km olan yolda işlərin 66 %-i icra edilib".
"İşğaldan azad edilmiş ərazilərdə 18 avtomobil yolu da çəkilir. Onların ümumi uzunluğu 2 200 km-dir. Həmin yolların bir qisminin bu il istismara verilməsi nəzərdə tutulur", - deyə nazir müavini əlavə edib.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












