Laçın yolu tam nəzarətə keçir - Bakı gözləmə mövqeyi tutmaq niyyətində deyil

Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Xatırladaq ki, ötən ilin avqustun 11-də rəsmi məlumat yayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin Yuxarı Qarabağ bölgəsindən Ermənistana gedən yeni avtomobil yolunun tikintisinin yekunlaşdığını bəyan edib. Laçın şəhərindən və rayonun kəndlərindən yan ötən yolun salınmasına 2021-ci ilin iyul ayında başlanmışdı.
Laçın rayonunun bir hissəsi Yuxarı Qarabağdan Ermənistana gediş-gəliş üçün ayrılıb.
Rusiya sülhməramlı kontingentinin (RSK) Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni yolun mühafizəsinə keçməsi, bununla Laçının tam azad olması də təmin olunub.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılmışdı. Yolun ümumi uzunluğu 32 km təşkil edir, bundan 10 km Ermənistan ərazisində yerləşir.
Azərbaycan tərəfi yolun öz ərazisinə düşən 22 km-lik hissəsini avqustun sonunda tikib qurtarıb. Ermənistan isə bu məsələdə ləngiyib.
Yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir. Yeni yol Laçın rayonunun 6 kəndindən keçir.

Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonundakı Zabux və Cağazur kəndləri ətrafındakı hakim yüksəlikləri, habelə əsas və yardımçı yolları tam nəzarətə götürməsində qeyri-adi, qəfil, gözlənilməz heç nə yoxdur.
2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən rəsmi Bakı qarabağlı ermənilərə Ermənistanla nəqliyyat əlaqəsi saxlamaq üçün yeni Laçın yolunu inşa edib.
"Köhnə" yol isə yenisi istifadəyə veriləndən dərhal sonra aktuallığı ilə yanaşı, ələd edilmiş razılıqlar əsasında istifadə üçün əsas marşrut sayılmayıb. Ermənistanın imzaladığı sənədlərə görə, ermənilər aprelin 1-dək Ermənistanla Azərbaycanın Xankəndi şəhəri arasında yeni yolu tikib istifadəyə verməli idilər. Rəsmi İrəvan hələ də bunu etməyib və nəticədə bu gün köhnə Laçın yolu Azərbaycan ordusunun tam nəzarətinə keçib. Proses anlaşmalara uyğun olduğundan, Rusiya Sülhməramlı Kontingenti (RSK) müşahidəçi mövqe tutaraq prosesi izləməklə kifayətlənib.
Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesi İrəvanın süni əngəlləri və hadisələrin gedişatını maksimal dərəcədə ləngitmək cəhdlərindən dolayı, hələ də başlanmayıb.
Bakı gözləmə mövqeyi tutmaq niyyətində deyil. Ordumuz məhz bu səbəbdən şərti sərhəd boyu mövqelərini daha səbatlı etmək üçün operativ nəzarəti daimi kontrola çevirməkdədir.
İranla atəşkəs barədə düşünəcəyik - TRAMP
Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - VÜSAL ASLANOV - FOTOLAR
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA
Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir
Bakıda ilk tramvay xətti bu istiqamətdə olacaq
Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşılıb
Paytaxtda marşrut avtobusu ilə avtomobil toqquşub - VİDEO
“İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” - MEDİA-da dəyirmi masa - VİDEO
Bu marşrutun avtobusları YENİLƏNİR - Gedişhaqqı 60 qəpik olacaq
Sabah yolu bu küçələrdən keçənlərin DİQQƏTİNƏ! - Monitorinq olacaq
Paytaxtın 22 küçəsində sıxlıq var - SİYAHI










