Laçına sülhməramlıların daha 9 avtomobili maneəsiz keçdi - FOTO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 9 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik və 8 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, ötən gün Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 33 avtomobil maneəsiz hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 35 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. (report)
Ağacların budanması üçün 4 ay əvvəl müraciət edib, növbə gəlib çatmayıb - ŞİKAYƏT
Azərbaycanda benzinin qiyməti bu qədər artacaq
Bu yollarda sıxlıq var - SİYAHI
Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - VÜSAL ASLANOV - FOTOLAR
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA
Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir
Bakıda ilk tramvay xətti bu istiqamətdə olacaq
Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşılıb
Paytaxtda marşrut avtobusu ilə avtomobil toqquşub - VİDEO
“İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” - MEDİA-da dəyirmi masa - VİDEO
Bu marşrutun avtobusları YENİLƏNİR - Gedişhaqqı 60 qəpik olacaq










