Led işıqlara görə cərimə var? - Yol polisindən AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə led işıqların tamamilə qadağan edildiyi və bunun üçün 150 manat cərimə tətbiq olunduğu barədə məlumatlar yayılır.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bəzi insanlar led işıqlarının ümumiyyətlə istifadəsinin qadağan olduğunu düşünürlər, amma belə bir qadağa yoxdur. "Led işıqları istifadə etmək olar, lakin bu işıqlar avtomobilin elektrik sistemi ilə uyğun olmalı və amperin qısaqapanma nəticəsində yanğına səbəb olmayacaq orijinal lampalarla təchiz edilməlidir".
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, hər bir nəqliyyat vasitəsinin texniki şəhadətnaməsində onun texniki parametrləri ilə bağlı bütün məlumatlar yerləşdirilir. "Müxtəlif avadanlıqları alarkən istehlakçılar nəzərə almalıdırlar ki, istehsalçı tərəfindən müəyyən edilmiş avadanlıqların təchiz olunması təmin edilməlidir. Led işıqları standartlardan kənara çıxarsa, onlar qadağan edilir".
(milli.az)
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












