Lənkəranda 100 min manatlıq oğurluğa görə 3 nəfər saxlanıldı

Lənkəran sakininin 100 min manata yaxın dəyəri olan qızılını quldurluq yolu ilə ələ keçirən qrup üzvlərindən 3 nəfər saxlanılıb, 1 nəfər barəsində axtarış elan olunub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl olsa da quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
ənkəran Şəhər Rayon Polis Şöbəsinə “VAZ-2106” markalı avtomobildə olan şəxslərin şəhər sakini Tural Fətullazadəni döyüb içərisində olan çantasını almaları barədə müraciət daxil olduqdan dərhal sonra polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxslərin kimliyi məlum olub. Onlar Lənkəran şəhər sakini Nazim Xəlilov, Masallı rayon sakinləri Ziya Hüseynzadə və İbrahim Məmmədlidir.
Şübhəli şəxslər saxlanılarkən axtarış zamanı onlardan psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Quldurluq əməlinin iştirakçısı olmaqda şübhəli bilinən digər bir şəxs Masallı sakini Elməddin Hüseynovun tutularaq istintaqa təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Onun olduğu yer haqqında məlumatlı olan şəxslərdən DİN-in 102 xidmətinə müraciət etmələri xahiş olunur.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsində araşdırma aparılır.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











