Lənkəranda avtobuslar dezinfeksiya edilir - FOTO

Lənkəran rayonunda koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun videoformatda keçirdiyi müşavirədən sonra koronavirusla mübarizə tədbirləri daha da gücləndirilib.
Belə ki, ŞİH-də yaradılmış Operativ Qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq diqqətdə saxlanılır, vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə düzgün riayət olunmasına nəzarət olunur, maarifləndirmə işləri aparılır.
Eyni zamanda pandemiya mənbələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə qabaqlayıcı kimyəvi-dezinfeksiya tədbirləri görülür. Dezinfeksiya işləri "Lənkəran-Sərnişin" ASC-də gündəlik olaraq aparılır, avtobuslar hər gün səhərlər qarajda dezinfeksiya olunduqdan sonra xəttə buraxılır.
Bundan başqa,ölkə ərazisində karantin rejiminin tələblərinin yumşalmasının rayon sakinlərində arxayınçılıq yaratmaması üçün Lənkəranda mayın 23-də əhalinin daha çox olduğu mərkəzi bazarın ətraflarında, şəhər avtovağzalı ərazisində, xüsusilə vağzalın gözləmə salonunda növbəti dəfə dezinfeksiya işləri aparılıb, vətəndaşlarla söhbət aparılaraq karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi bir daha izah olunub, ehtiyacı olan vətəndaşlara tibbi qoruyucu vasitələr və maskalar təqdim olunub. (“Report”)
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
















