Lənkəranda keçmiş məhkumlardan narkotik aşkarlandı - FOTO

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran rayonunun Liman şəhər sakini Azər Məlikov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 3 bükümdə, 3 qrama yaxın çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb. A.Məlikova narkotik vasitəni satan şəxsin Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Səlimov olduğu müəyyən edilib və o polis əməkdaşları tərəfindən saxlanılıb. V.Səlimovun üzərindən və yaşadığı evdən 2 bükümdə ümumilikdə 130 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












