Lənkəranda oğurluq edən şəxslər saxlanılıb - FOTO

Lənkəranda mağaza, təmir sexi, çay evləri və digər obyektlərdən oğurluq edən şəxslər tutulub. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini N.İsmayılov yaşadığı Kərgəlan kəndində ona məxsus mağazadan ümumilikdə 1032 manat dəyərində pul, kameraların yaddaş kartı, danışıq kartları və müxtəlif çeşidli ətirlərin oğurlandığını bildirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayonun Kərgəlan kənd sakini Rahim İbadov olduğu müəyyən edilib və o saxlanılıb. Eyni zamanda saxlanılan R.İbadovun yaşadığı kəndin ərazi icra nümayəndəliyinin inzibati binasından, bir çayxanadan və bir qeyri-yaşayış sahəsindən, həmçinin Talışlı kəndində yerləşən avtomobil təmiri sexindən ümumilikdə dəyəri 3410 manat olan notebook, printer aparatı, internet modemi, nəzarət kameraları, yaddaş bloku və digər avadanlıqlar oğurladığı da məlum olub.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində və Aşağı Nüvədi qəsəbəsindəki çay evlərindən ümumilikdə dəyəri 2470 manat olan televizor, digital aparat və samovar oğurlayan rayon sakini Qəhrəman Həsənov saxlanılıb. Hər iki şəxsdən oğurladıqları əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Namiq Musayev

Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











