Lənkəranda sanitar rejimin tələblərinə nəzarət gücləndirilib - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əhalinin sıx olduğu ərazilərdə, həmçinin ticarət mərkəzləri, bank filialları və bankomatların qarşısında, avtobus dayanacaqlarında və digər obyektlərdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər təşkil edilir və vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı vətəndaşlara sosial məsafənin gözlənilməsinin vacibliyi, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tibbi maskadan istifadə edilməsinin zəruriliyi çatdırılıb.
Eyni zamanda, ticarət və xidmət obyektlərinin sahiblərinə bir daha xəbərdarlıq edilib ki, həmin obyektlərdə çalışanların, eyni zamanda müştərilərin və xidmətdən yararlanan şəxslərin gigiyenik vasitələrdən istifadə etməsi təmin edilsin. İctimai nəqliyyatda da sərnişin sayının normalar çərçivəsində tənzimlənməsi, istər sürücü, istərsə də sərnişinlərin tibbi maskadan istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlər davam etdirilir, izahat-maarifləndirici söhbətlər aparılır.
Keçirilən tədbirlər zamanı, həmçinin Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən vətəndaşlara mütəmadi olaraq tibbi maskalar da paylanılır.
Namiq Musayev
.




Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












