Lənkəranda xüsusi karantin rejimi qaydalarına nəzarət davam etdirilir - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə əhaliyə səslənərək karantin rejiminin qaydalarına riayət edərək sağlamlıqlarını qorumağa dəvət edirlər.
Sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
Polis əməkdaşları eyni zamanda fəaliyyətinə qadağa tətbiq olunmuş obyeklərə də nəzarəti tam gücü ilə davam etdirir. Bu günə kimi Lənkəranda karantin rejimi qaydalarını pozan 25-dən artıq obyekt barəsində inzibati protokollar tərtib edilib və bağlanması təmin edilib.
Rayon mərkəzi ilə yanaşı ətraf ərazilərdə də karantin qaydalarına tam nəzarət etmək və koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin daha kəsərli aparılması üçün kənd ərazilərinə də polis naryadları ayrılıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
















