Lənkəranda xüsusi karantin rejiminin tələblərinə nəzarət gücləndirilib - FOTO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejimin tətbiq edilməsinə nəzarət Lənkəran rayonunda da gücləndirilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlərin kəsərliliyini daha da artırmaq məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Şəhər Rayon Polisinin Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev şəxsən sakinlərlə maarifləndirici söhbətlər aparıb, tövsiyələrini veriblər. Bir daha vətəndaşlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən müntəzəm istifadə olunmasının, sosial məsafənin gözlənilməsinin, əsasən bankların qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyi çatdırılıb. Maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların, və digər idarələrin qarşısında sosial məsafənin gözlənilməsinin təmin edilməsi məqsədilə cizgilənmə işləri aparılıb. Tədbirlər zamanı zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə 1800-dən artıq vətəndaşa tibbi maska paylanılıb və evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməsinin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmasının, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməsinin onların və yaxınlarının sağlamlığı üçün zəruri olduğu qeyd edilib. Sakinlər də öz növbəsində onların sağlamlığını diqqətdə saxladıqlarına və bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Namiq Musayev







"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











