Lənkəranın kənd yolları əsaslı təmir olunur - VİDEO

Lənkəran rayonunda kənd yollarının əsaslı təmirinə başlanılıb. Rayonun ayrı-ayrı kəndlərində ümumi uzunluğu 38 km olan yol sahəsinin asfaltlanması həyata keçirilir.
Yol təmiri işləri 16 yaşayış məntəqəsində həyata keçirilməklə ümumilikdə 40 min nəfərə yaxın sakinin gündəlik olaraq rahat gediş-gəlişi üçün gözəl şərait yaradacaq.
Artıq rayonun şəhərə ən yaxın olan Sütəmurdov və Velədi kəndlərində əsas hərəkət yollarının asfaltlanması həyata keçirilir. Ərazidə xeyli sayda texnika çalışır. Tikinti işləri bütün texniki qaydaları gözlənilməklə aparılır. Yollar əvvəlcə qreyderlə hamarlanır, köhnə yolun yatağına çınqıl sərilərək bərkidilir. Hazırlanmış yeni yol yatağına xüsusi qatqı səpilməklə toz qatı aradan götürülür. Üzərinə qalın isti asfalt qatı döşənilir. Yol boyu suötürücü qurğular təmizlənir, abadlıq işləri görülür. Yolların tikintisini "Lənkəran Yol Tikinti" ASC həyata keçirir.
Yerli sakinlər bütün dünyada koronavirus pandemiyası ilə əlaqədar durğunluq yaşandığı bir dövrdə ölkəmizdə həyata keçirilən belə layihələri minnətdarlıqla qarşılayırlar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görülən işlərlə yerindəcə tanış olmaq üçün həmin ərazilərdə olub. Sakinlər onların müraciətlərinə həssaslıqla baxılmasına görə Prezident İlham Əliyevin ünvanına xoş sözlər və minnətdarlıq ifadə etməklə icra başçısına təşəkkürlərini çatdırıblar.
T.Qaraşov koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində də işlərin uğurla davam etdirildiyini, çox mühüm sosial əhəmiyyətli layihələrin icra olunduğunu söyləyib. İcra başçısı qeyd edib ki, əhalinin istək və arzularını reallaşdıran layihələr arasında yol infrastrukturunun yaxşılaşdırılması, yolların əsaslı təmiri və asfaltlanması ilə bağlı layihələr üstünlük təşkil edir.
Qeyd edək ki, bundan əvvəl Lənkəran və Liman şəhərlərində daha 8 küçə, Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən yollar da yüksək səviyyədə təmir olunaraq asfalt örtüyü çəkilmişdi.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












