Lerikdə qayınata kürəkənini öldürdükdən sonra yandırıb

Lerik rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Çayrud kəndində qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Rzayev Akif Yədulla oğlu kürəkəni, 1981-ci il təvəllüdlü Nuriyev Əkbər Məhəmmədəli oğlunu meşə ərazisində qətlə yetirib, daha sonra yandırıb. İzi itirmək üçün isə meyiti hadisə yerində basdırıb.
İlkin məlumata görə, hadisə ötən ayın 20-də baş verib.
Bakı şəhərinin Xətai rayonunda yaşayan qayınata və kürəkən paytaxtdan birlikdə Lerikə gəliblər. Lakin A. Rzayev Bakıya tək qayıdıb.
Ailə üzvləri narahat olduqları üçün bir neçə gün sonra Ə. Nuriyevin itkin düşməsi barədə polisə məlumat veriblər.
İlkin istintaq tədbirləri əsnasında şübhəli şəxs qismində dindirilən qayınatanın ailə münaqişəsi zəminində kürəkənini aldadaraq Lerik rayonu ərazisinə gətirdiyi və Çayrud kəndi ərazisindəki meşəlikdə qətlə yetirərək basdırdığı müəyyən edilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə bu gün hadisə yerinə baxış keçirilib.
Meyit ekskumasiya edilərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












