Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTOLAR

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksi ilə tanış olublar.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışı həyata keçirilən bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Kompleksin birinci mərtəbəsində muzey ekspozisiyası, ikinci mərtəbədə isə müxtəlif tədbirlərin keçirilməsi üçün zal yerləşir.
Leyla Əliyeva və Alena Əliyeva, həmçinin Gəncədə Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib.
Görüş zamanı qəhrəmanımızın xatirəsi dərin hörmətlə yad edilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb.
Natiq Qasımov Birinci Qarabağ müharibəsi zamanı Ağdam-Xankəndi istiqamətində döyüşlərdə misilsiz igidlik göstərib. O, müharibə zamanı beş gün təkbaşına mühasirədə qalsa da erməni işğalçılarına sonadək müqavimət göstərib.
Görüş zamanı şəhidin şərəfli ömür və döyüş yolu bir daha xatırlanıb.







Ramazan ayının on beşinci gününün duası - İmsak və iftar vaxtı
Yaxın Şərqdəki müharibə Azərbaycanda radiasiya riski yaradır? - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? – Ekspert AÇIQLADI
Rusiya və Çin İrana müharibədə niyə dəstək vermir? – Politoloq səbəbləri AÇIQLADI
Maşını vağzalın önünə park edənlərə görə sürücülər 4 saatdır gözləyir - VİDEO
Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib
Bakıda sahibsiz itlər sakinləri qorxu içində saxlayır – Tədbir görən yoxdur - VİDEO
Bakı Vaqon Təmiri Zavodu Azərbaycan üçün hansı əhəmiyyətə malik idi? – Ekspert AÇIQLADI
Taksi dayanacaqlarının ZƏBT OLUNMASI: "Qayda pozmağa məcbur qalırıq" - FOTO - VİDEO
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər








