Leysan olacaq, külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ayın 4-ü səhərədək bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Avtosfer.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, bəzi mərkəzi Aran rayonlarında, həmçinin Qazax, Gəncə, Qarabağ, Şərqi Zəngəzur ərazilərində intensiv və güclü olacağı gözlənilir.
Bölgələrdə şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərə küləyin sürəti 20-25 m/san-dək güclənəcək.
İntensiv leysan xarakterli yağılar səbəbindən Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Kürmükçay, Şinçay, Oğuz-Qəbələ bölgəsinin ərazisindən axan Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin ərazisindən axan Vəlvələçay, Qaraçay, Qazax-Gəncə bölgəsinin ərazisindən axan Əsrikçay, Gəncəçay, Qabırrıçay, o cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Gorançay, Quruçay Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












