London Moskvanı oğurluğa cəhddə ittiham edib

Rusiyaya bağlı hakerlər Böyük Britaniya, ABŞ və Kanadada COVID-19 əleyhinə peyvəndin işlənib hazırlanması barədə məlumatları oğurlamağa cəhd göstərib. Bu barədə Birləşmiş Krallığın Kibertəhlükəsizlik Mərkəzi məlumat yayıb.
“Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi və Kanadanın Rabitə Təhlükəsizliyi Təşkilatı APT29-u (həmçinin “Dukes” və “Cozy Bear” də kimi tanınır – red.), böyük ehtimalla, Rusiya kəşfiyyatının bir hissəsi olan kibercasusluq qrupu olaraq qəbul edir. ABŞ Milli Təhlükəsizlik Agentliyi də bu dəyərləndirmə ilə razılaşır. 2020-ci il ərzində APT29 Kanada, ABŞ və Britaniyada COVID-19 əleyhinə peyvəndin hazırlanması ilə məşğul olan müxtəlif təşkilatlara kiberhücumlar edib”, - Mərkəzin açıqlamasında bildirilir.
Qeyd olunub ki, haker qrupu təşkilatlara hücum etmək üçün “WellMess” və “WellMail” adlı zərərli proqramlardan istifadə edib. (“Report” )
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












