Londonda yerləşən şirkətlər Amsterdama köçür

Londonda yerləşən 100-dən artıq beynəlxalq şirkət “Brexit”lə bağlı Amsterdama köçüb, daha 300-ü də bununla bağlı Niderland hökumətilə danışıqlar aparır.
Bu barədə Rusiyanın Niderlanddakı ticarət nümayəndəsi Andrey Makarov bildirib.
Artıq Amsterdama köçmüş şirkətlər arasında “Sony”, “Panasonic”, “Discovery”, “Mitsubishi”, “Hitachi”, “Canon” kimi nəhənglərin adını çəkən diplomat hazırda Amsterdam şəhərinin əslində Yaponiya şirkətləri üçün hub vəziyyətinə gəldiyini, üstəlik, Avropa Tibb Agentliyi kimi bəzi beynəlxalq təşkilatların da bu axına qoşulduğunu dilə gətirib.
Bununla belə ÜDM-inin 7 faizinin Böyük Britaniya ilə əməkdaşlığın payına düşdüyü Niderland da “Brexit”dən zərər çəkir: “Brexit" amili yaratdığı müəyyənsizlik və istehsalat zəncirlərini qırdığı üçün Niderland iqtisadiyyatı üçün 2030-cu ilədək 2 milyarddan 10 milyard avroyadək məbləğdə dəyərləndirilən itkilərə gətirib çıxarmaqla yanaşı, iri beynəlxalq şirkətlərin ölkəyə köçməsilə əlaqədar böyük faydalara da səbəb olacaq”. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












