Los-Anceles polisi konsulluq qarşısında azərbaycanlılara hücum edən erməniləri axtarışa verdi

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədində törətdiyi hərbi təxribatdan sonra Amerikada yaşayan bir qrup erməni Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu qarşısında etiraz aksiyası təşkil edib. Hadisə zamanı aqressiv erməni nümayişçiləri Azərbaycan icması nümayəndələrinə hücum edib və həmvətənlərimizə xəsarət yetiriblər.
Avtosfer.az xəbər verir ki, hadisədən sonra Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır.
Los-Anceles polisi nifrət zəminində cinayət törədən azı üç nəfərin müəyyənləşdirildiyi barədə məlumat yayıb. Polis onlardan birinin fotosunu yayaraq bu şəxsin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna və azərbaycanlılara hücum edənlərin arasında olduğunu və fəallıq göstərdiyini qeyd edib.
Polis görüntüsü yayılan şəxsin yaşının 25-35 arasında, boyunun 165-170 sm, keçəl və saqqallı olduğunu bildirib. Onun açıq narıncı və ya çəhrayı rəngli bir köynək geyindiyi, həmçinin sol biləyinə qolbaq taxdığı qeyd olunub.
Digər iki şübhəli şəxsin isə qara köynək və mavi cins şalvar geyindikləri bildirilib. Onlar haqqında əlavə məlumat verilməyib.
Los-Anceles polisi əhaliyə müraciət edərək bu şəxsin tapılması üçün köməklik göstərməyi xahiş edib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












