“Lotu Quli”nin 4 dəstə başçısı həbs olundu – ƏMƏLİYYAT VİDEOsu

Ukraynanın Odessa şəhərində Təhlükəsizlik Xidmətinin və polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində, kriminal aləmdə “Lotu Quli” kimi tanınan azərbaycanlı Nadir Səlifovun tərəfdarları həbs olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, insan oğurluğuna cəhddə və iş adamını ölümlə təhdid etməyə görə 4 dəstə təşkilatçı tutulub.
İstintaqın ilkin araşdırmalarına görə, dəstənin tərkibinə 10-dan çox rayon mərkəzinin sakini daxildir. Cinayətkarlar süni münaqişə vəziyyətləri yaradaraq, məsələnin həlli üçün zərərçəkənlərdən külli miqdarda pul tələb ediblər. Pul verilməyəcəyi təqdirdə isə onlar təhdid edilərək fiziki zorakılığa məruz qalıblar.
Əməliyyat məlumatlarına görə, qrupun fəaliyyətini xaricdən idarə edən və Ukrayna ədliyyəsi tərəfindən axtarışda olan "Lotu Quli"dir.
Odessa prokurorluğu əlavə edib ki, qrup üzvlərinin “ovladıqları”, əsasən sosial şəbəkələrdə qadınlarla tanış olmaq istəyən kişilər olub. Ortaqlar zərərçəkənləri şəxsi görüşlər zamanı oğurlayıblar və onlara fiziki zorakılıq göstərərək təhdid ediblər. Bu yolla onların pullarını və qiymətli əmlaklarını ələ keçiriblər. Sonra isə zərərçəkənlərin mənzillərinin açarlarını əldə edərək, qanunsuz olaraq içəri girib qiymətli əşyaları oğurlayıblar.
Prokurorluq saxlanılan dörd şəxsdən birinin qadın, üçünün isə kişi olduğunu söyləyib.






Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












