Lukaşenkonun təyyarəsi Minski tərk etdi - Şəhərə qoşun yeridildi

Ötən gün Belarusda keçirilən prezident seçkilərində səsvermə başa çatıb. Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da seçicilərin 79 faizinin səs verdiyini açıqlamışdı.
Prezident Aleksandr Lukaşenkonun təyyarəsi isə səsvermənin başa çatmasından əvvəl Minskdən havaya qalxıb. Bu haqda PlaneFinder saytının məlumatları təsdiq edir. EW-301PJ bort nişanlı təyyarənin İstanbula enəcəyi göstərilirdi.
Lukaşenkonun təyyarəsinin Minskdən uçmağa hazırlaşdığı haqda bundan əvvəl NEXA Telegram-kanalı bildirirdi. Məlumata görə bütün heyət üzvləri səfərbər olunub, pilotlar aerportda gecələyiblər.
Əlavə olaraq Minsk aerportu ətrafında minaaxtaranlar bütün yanaşma yollarını yoxlayıblar. Bu, adətən Belarus prezidentinin harasa uçmasından əvvəl baş verir.
Habelə səsvermənin başa çatmasına az qalmış Minskə böyük sayda hərbi texnika yeridilib. Sosial şəbəkələrdə yerləşdirilmiş kadrlara əsasən Minsk küçələrində içərisində hərbçilər olan çoxsaylı yük maşınları görünür. Habelə üzərlərində tanklar daşıyan qoşquların Minskə doğru hərəkət etdiyi barədə görüntülər var.
Digər kadrlarda zirehli texnika şəhərə girərkən görünür. O cümlədən çoxsaylı hərbi yük maşınları və içərisində hərbçilər olan avtobuslar, habelə suvuran maşınlar və dustaqları daşımaq üçün maşınlar Minskə yeridilib.
Şahidlər bildirir ki, hətta təcili yardım maşınlarında da daxili qoşun əsgərləri Minskə girib. Küçələrin birinin tinində əllərində qalxanlar olan milisləri boşaldan 7 avtobusun görüntüləri də yayılıb. Küçədən keçənlər milislərdən nə üçün gətirildiklərini soruşub. Sürücülər cavab verib ki, nümayişləri dağıtmaq üçün göndəriliblər.
Təhlükəsizlik qüvvələri əsasən hökumət binalarının ətrafına cəmləşdirilir. Üstəlik Minskə o qədər hərbi texnika yeridilib ki, regionlarda etirazçıların qarşısını kəsməyə demək olar qüvvə qalmayıb. (Busaat.az)


ISTANBUL, TURKEY – APRIL 13: Belarusian President Alexander Lukashenko walks down the steps of plane during their arrival to Istanbul on April 13, 2016, to participate the Organization of Islamic Cooperation (OIC) Summit. Istanbul to host the two-day 13th OIC Summit on the April 14-15, 2016 with the attendance by prime ministers and presidents from over 30 countries.
(Photo by Islam Yakut/Anadolu Agency/Getty Images)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











