Lüks avtomobil “saxla” əmri verən polisi vurdu - 10 OO 018

Hacıqabul rayonunda sürücü polisin "saxla" əmrinə tabe olmayaraq postdan qaçıb.
Avtosfer.az-ın məlumatına görə Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında baş verib.
Karantin rejiminə görə magistral yolda qurulmuş postda sürücüyə "Saxla" əmri verilsə də, o, tabe olmayaraq postdan uzaqlaşıb. Bu zaman ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşını vurub.
İlkin məlumata görə, xəstəxanaya yerləşdirilən polis əməkdaşının qolu sınıb. K. Əliyev bildirib ki, ərazidən uzaqlaşan sürücü növbəti postda saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.
***
Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.
Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, Qazax istiqamətində hərəkət edən “Mercedes S Class 500” markalı lüks avtomobil polisin “saxla” əmrinə tabe olmayıb.
10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.
Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.
Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











