Mağazaları qarət edən dəstə ələ keçdi - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən və müxtəlif ünvanlardan oğurluqlar edən şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Səmədov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayonunun Şilavar kəndi ərazisindəki 2 yaşayış evindən 4765 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə 6 yaşayış evinin həyətindən və 1 mağazadan ümumilikdə 2782 manat dəyəri olan məişət əşyaları və avtomobil ehtiyyat hissələrini oğurlamaqda şübhəli bilinən rayon sakini Elnur Kərimov saxlanılıb. Bundan başqa həmin şəxsin Lənkəran rayon sakini olan Fəxrəddin Ağayevlə birlikdə daha bir yaşayış evinin həyətindən yük avtomobilinə məxsus sürətlər qutusunu oğurladıqları da müəyyən edilib. Saxlanıldıqdan sonra keçirilən baxış zamanı hər iki şəxsin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
















