"Maqnitoqorsk Metallurgiya Kombinatı" BTQ dəmir yolu xətti ilə yükdaşımaları artırır

“2018-ci ildən başlayaraq “Bakı-Tbilisi-Qars” (BTQ) dəmir yolu yüklərinin nəqlini həyata keçirir. 2018-ci ilin iyun ayında ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” MMC “AzRusTrans” QSC ilə birgə Rusiyadan ilk dəfə Qarsa taxılı xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsilə nəql etməyə müvəffəq olub”.
Bunu “Report”a müsahibəsində “ADY Express”in direktoru Azad Qasımov bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin iyul ayında “ADY Express” MMC ilə Rusiyanın "Maqnitoqorsk Metallurgiya Kombinatı"nın (MMK) əməkdaşlığı reallaşıb: “Bu vaxta kimi BTQ vasitəsi ilə artıq 56 min tona yaxın MMK-nın yükü nəql edilib. Yaxın zamanlarda şirkət tərəfindən daha 24 000 ton yükün BTQ vasitəsi ilə nəql edilməsi planlaşdırılır. Həmin yüklər artıq yoldadırlar”.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












