Martda 15 gün iş olmayacaq

Mart ayında iki bayramın olması istirahət günlərinin sayını artırır. Avtosfer.az xəbər verir ki, gələn ay ilk olaraq Beynəlxalq Qadınlar gününü qeyd edəcəyik. Bu dəfə martın 8-i həftənin bazar gününə təsadüf etdiyi üçün martın 9-u da qeyri-iş günü olacaq. Beş günlük iş həftəsi ilə işləyənlər isə üç gün, martın 7-si, 8-i və 9-u istirahət edəcəklər. On gün sonra isə Novruz bayramı ilə bağlı 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək bayram qeyd ediləcək. Martın 21-i və 22-si həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə bayrama iki gün də əlavə ediləcək. Beləliklə, martın 25-i və 26-sı da istirahət günləri olacaq. Şənbə və bazar günləri də daxil olmaqla, mart ayında 15 gün qeyri-iş günüdür.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












