Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Mart ayı maqnit qasırğalarının müşahidə olunduğu aydır və bu dəfə də istisna olmayacaq. Mütəxəssislərin fikrincə, martın sonunda güclü geomaqnit qasırğası gözlənilir. Ən böyük qasırğanın martın 26-da baş verəcəyi və ayın 27-si daxil olmaqla davam edəcəyi proqnozlaşdırılır.
Avtosfer.az Lent.az-a istinadən bildirir ki, martın 25-i geomaqnit sahəsinin sakit və K indeksi üzrə 2-ci səviyyəyə uyğun olacağı gözlənilir. Lakin vəziyyət martın 26-da dəyişəcək, güclü günəş alovlarının K indeksi üzrə 7-ci səviyyəyə çatacağı gözlənilir. Martın 27-də dalğalanmaların dinamikası yüksək səviyyədə davam edəcək.
Yalnız martın 28-dək maqnit qasırğaları səngiyəcək, geomaqnit aktivliyi isə aşağı düşəcək. Meteohəssas insanlar maqnit qasırğaları zamanı diskomfort hiss edə bilərlər və buna görə də bütün ehtiyat tədbirlərinin əvvəlcədən görülməsi tövsiyə olunur.
Belə dövrlərdə küçədə uzun müddət qalmamaq və intensiv fiziki fəaliyyətlə məşğul olmamaq daha yaxşıdır. Ən həssas insanlar və ürək-damar sistemində problemi olanlar bu günlərdə daha çox dincəlməli, mümkünsə hər hansı işdən, o cümlədən zehni işdən çəkinməlidirlər. Bu günlərdə bir gün istirahət etmək daha yaxşıdır. Həmçinin qadcetlardan və müxtəlif texniki cihazlardan, o cümlədən telefonlardan istifadə vaxtını məhdudlaşdırmaq tövsiyə olunur.
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!












