Masallı polisi “evdə qal” devizi altında daha 10 ailəyə ərzaq yardımı etdi - FOTO

Masallı RPŞ-nin əməkdaşları “evdə qal” devizi altında daha 10 ailəyə ərzaq yardımı etdi
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq tədbirləri davam etdirir. Əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara nəzarət gücləndirilərək, həmin ərazilərə giriş tamamilə məhdudlaşdırılıb. Eyni zamanda polis əməkdaşları tərəfindən rayonun giriş-çıxış hissələrində və digər ərazilərdə postlar qurulub. Operativ nəqliyyat vasitələri, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə şəhər və kəndlərdə sakinlərlə maarifləndirici söhbətlər aparılır, vətəndaşlar qaydalara riayət olunmasına dəvət edilir, infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ətraflı məlumatlar verilir.
Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və gigiyenik normalara ciddi əməl etmələri tövsiyə edilir.
Həmçinin polis əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və fəaliyyətləri dayandırılıb.
Masallı RPŞ-nin əməkdaşları eyni zamanda tənha yaşayan, çoxuşaqlı və aztəminatlı ailələrə də mütəmadi baş çəkir, onlara ərzaq yardımı edilir. Sonuncu bu cür tədbir zamanı rayonun müxtəlif ərazilərində yaşayan 10 ailəyə ərzaq məhsullarından ibarət bağlamalar gətirib və onlara öz evlərində təqdim ediblər
Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.
Gültən
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB













