Masallıda 17 ilanın öldürüldüyü ev nəzarətə götürüldü - İcra Hakimiyyəti

Masallı rayonunun Rüdəkənar kəndində ilanların öldürüldüyü ev nəzarətə götürülüb. Bu barədə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov bildirib.
O bildirib ki, evdə öldürülən ilanlar kənardan gəlməyib: "İlanlar adətən torpaqda yuva qurur. Bu ev də köhnə torpaq tikili olduğuna görə ilanlar divardan və yerdən çıxır. Həmin ev bir otaqdır. Ola bilsin ki, bir müddət evdə yaşayış olmadığından ilanlar orada yuva qurub".
A.Məmmədov bildirib ki, hadisə barədə məlumat daxil olan kimi ev nəzarətə götürülüb: "Hadisə yerinə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları cəlb edilib, ev dezinfeksiya olunub, əraziyə lazımi dərmanlar səpilib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Artıq həmin ev təhlükəsizdir və ailə mənzildə yaşayır. Fövqəladə Hallar Nazirliyi evin vəziyyətinə baxıb qərar verməlidir".
Xatırladaq ki, Masallı rayonunun Rüdəkənar kənd sakini İlham Əkbərova məxsus evdə 17 ilan öldürülüb. (Trend)
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












