Masallıda ilanlar yaşayış evinə hücum edib - FOTO

Masallı sakini evinə hücum etmiş 17 ilanı öldürüb. Dünən axşam saatlarında rayonun Rüdəkənar kənd sakini İlham Əliheydər oğlu Əkbərova məxsus yaşayış evini ilanlar basıb. Zəhərli ilanların evə və həyətyanı sahəyə girməsindən ev sahibi və onun həyat yoldaşı çox narahatdırlar. Yuxuları ərşə çəkilən Əkbərovlar ailəsi dünəndən müxtəlif təsərrüfat alətləri ilə evlərini mühafizə edirlər. Artıq 17 ilanı zərərsizləşdiriblər, ən iri ilanın uzunluğu 1.3 metrə çatır.
Kənd sakininin evi gölə yaxın yerləşir. 25 ildir sözügedən ərazidə yaşayan İlham Əkbərovun sözlərinə görə, əvvəllər də həyətyanı sahədə ilanlar olub. İndi isə zəhərli ilanlar evə hücum ediblər, hətta yuva qurublar.
Onun sözlərinə görə, bir neçə gündür, havaların isti keçməsi ilanları daha da aktivləşdirib.
Məsələ ilə bağlı ev sahibi kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edib və bu gün həyətdə dezinfeksiya işləri aparılıb. (APA)



Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










