Masallıda itkin düşmüş qızlar “Kamaz”dan TAPILDI

Masallı rayonunda itkin düşdüyü bildirilən 3 yeniyetmə qız tapılıb. Ötən gün axşam saatlarında Masallı rayonunun Şərəfə kəndinə qonaq gələn və itkin düşdüyü ehtimal olunan 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızı, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızı və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızı tapılıblar.
Belə ki, qızlar Bakıya qayıdarkən postların birində yük avtomobilində aşkarlanaraq valideynlərinə təhvil verilib. Kənd sakinlərinin bildirdiyinə görə, qızlar yola çıxaraq evlərinə qayıtmaq üçün Bakı istiqamətinə gedən bir “Kamaz” markalı maşına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən saxlanılıb.
Qeyd edək ki, dünən qızların itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng edilmişdi.
Bu hadisə ilə bağlı ilkin xəbəri cənub.az internet qəzeti yaymışdı.
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA












