Masallıda koronavirusla bağlı SON VƏZİYYƏT

“Masallı rayonunun daxilində koronavirus pandemiyası ilə bağlı qorxulu vəziyyət yoxdur”. Bu sözləri 71 saylı Masallı kənd seçki dairəsindən deputat Anar İsgəndərov deyib.
O qeyd edib ki, Masallı rayonunda koronavirus statistikasının nisbətən çox olması başqa səbəblə əlaqədardır: “Ətraf rayonlarda kim xəstələnirsə, koronavirusun simptomları aşkarlanırsa, Masallıya gətirilir. Ona görə, statistik rəqəm təqdim ediləndə bəziləri Masallının əhalisi kimi göstərilir. Amma real vəziyyətdə Masallının koronavirusla əlaqədar ciddi problemi yoxdur.
Mən hazırda Masallıdayam. Müşahidələrimə görə, insanlar operativ qərargahın tövsiyələrini dərk edir, buna riayət edirlər. Bütün çətinliklərə baxmayaraq, hər kəs karantin, gigiyena qaydalarına əməl etməyə çalışır”.
Deputat onu da qeyd edib ki, Masallıda koronavirusun tamamilə olmadığını iddia etmək mümkün deyil: “Deyə bilmərik ki, Masallıda virusa yoluxma halı qeydə alınmayıb. Bu dünyanın fəlakətidir. Koronavirus Azərbaycanda varsa, demək, bu xalqın tərkib hissəsi kimi Masallı camaatı da yoluxa bilər. Hətta bir neçə fakt da qeydə alınıb. Amma məsələn, Lənkəran, Cəlilabad, Kürdəmir kimi rayonlarımızla müqayisədə Masallıda koronavirus problemi olduqca cüzidir”. (Modern.az)
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA











