Maşınlardan oğurluq edən bir qrup şəxs saxlanılıb

Nəqliyyat vasitələrindən oğurluq etməkdə şübhəli bilinən bir qrup Lənkəran şəhər sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə,
Biləsuvar RPŞ və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Y.Teymurovun “KamAZ” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş S.Abdullayev, S.Rəhimov və Ağdam rayon sakini E.Ağayev saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların Salyan və Cəlilabad rayonları ərazilərində ümumilikdə 4 avtomobildən - “Kamaz”, “DAF” markalı yük avtomobillərindən və “New Holland” markalı traktordan akkumulyator oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.
Namiq Musayev

"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












