“Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar”

Bütün qapalı yerlərdə - metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir. Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Adları sadalanan ərazilərdə tibbi maskalardan istifadəni olduqca zəruri sayan baş infeksionist qeyd edib ki, bir çox insanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etməyərək qapalı məkanlarda, insanların çox cəmləşdiyi yerlərdə maska taxmırlar.
Bununla insanların sosial məsuliyyətsizlik nümayiş etdirdiklərini deyən C.İsayev bildirib ki, maskadan istifadə virusun yayılmasının qarşısını almağa yardım edir: “Maska taxmamaqla insanlar yalnız özlərinin deyil, digərlərinin də həyatlarını təhlükəyə atırlar. Maskanın taxılması virusun yayılmasının qarşısının alınmasına müəyyən qədər təsir edir. Maska hava-damcı infeksiyasının yayılmasının qarşısının alınmasında əsas vasitələrdəndir. Burada təkcə koronavirusdan deyil, hava-damcı yolu ilə yayılan bütün xəstəliklərdən söhbət gedir. Buna görə də hazırkı şəraitdə maskanın taxılması mütləqdir”.
C.İsayev qeyd edib ki, küçədə sərbəst şəkildə, tək gəzən insan maskadan istifadə etməyə bilər: “Amma insan hər hansı qapalı məkana, 10 nəfərin cəmləşdiyi qrupa yaxınlaşırsa, maskadan istifadə etməlidir. Belə hallarda maskadan istifadə edilmə vacib şərtdir. Buna riayət etməyənlərə qarşı da cərimənin tətbiqi yaxşı olardı”. (Trend)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











