Maska və sosial məsafəyə görə cərimə yazılacaq - Milli Məclisə təklif verildi
Gündəm
30 May 2020 00:20

Bu tələblərin nə vaxtdan tətbiq ediləcəyinə aydınlıq gətirilib
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabinetinin bu gün imzalanan qərarı ilə təsdiqlənən " Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin nə zamandan tətbiq olunacağına aydınlıq gətirib. İbrahim Məmmədov APA-ya açıqlamasında bildirib ki, indiyə qədər də tibbi maskadan istifadə və sosial məsafənin qorunması məsələsinə nəzarət edilib.
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri deyib ki, Milli Məclis maska və sosial məsafə ilə bağlı tələblərin pozulması ilə əlaqədar cərimələri nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi qəbul etdikdən və qanun qüvvəyə mindikdən sonra bu məsələyə nəzarət daha da gucləndiriləcək.
Qeyd edək ki, Nazirlər Kabineti bu gün “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
- açıq sahəli ofislərdə və istehsalat yerlərində;
- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;
- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
Bu qərardakı tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil edilən mətbuat konfransında tələblərin pozulmasına görə cərimələri nəzərdə tutan qanun layihəsinin parlamentə təqdim olunduğu açıqlanıb.
Oxunub : 8150
DİGƏR XƏBƏRLƏR
5 Sentyabr 2026 17:34
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
4 Sentyabr 2026 21:00
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
4 Sentyabr 2026 18:02
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
4 Sentyabr 2026 16:00
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
4 Sentyabr 2026 15:06
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
4 Sentyabr 2026 11:30
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
4 Sentyabr 2026 11:00
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
4 Sentyabr 2026 09:39
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
3 Sentyabr 2026 18:11
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
3 Sentyabr 2026 18:04
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
3 Sentyabr 2026 17:46
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
3 Sentyabr 2026 16:16
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
ŞƏRH YAZ










