"McKinsey&Company" "Azərbaycan Dəmir Yolları" üçün strategiya hazırlaya bilər

"Azərbaycan Dəmir Yolları" QSC-nin 2030-cu ilə qədər strategiyası müzakirə edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, səhmdar cəmiyyəti “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə bu il mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalayıb, bu istiqamətdə təhlillər davam etdirilir.
İyulun 17-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil olunub. Videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri layihənin gedişatı barədə ətraflı məlumat təqdim ediblər.
“Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov əlverişli coğrafi mövqedən səmərəli istifadə etməklə, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində dəmir yolunun artan roluna diqqət çəkib və son dövrlərdə bu istiqamətdə atılan məqsədyönlü addımların ölkənin tranzit potensialına müsbət təsirini vurğulayıb. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları”nın əməliyyat effektivliyinin artırılması ilə yanaşı, nəqliyyat zəncirinin bütün halqalarının prosesdə iştirakının artırılması və müvafiq dəhlizlərin inkişafında maraqlı tərəflərlə əməkdaşlığın vacibliyini qeyd edib.
Daha sonra “McKinsey&Company” şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinə qlobal və regional dəmir yolu sektorunun icmalı və trendləri, COVID-19 pandemiyasının dəmir yolu sektoruna təsiri mövzularına dair təqdimat edilib. Strategiyanın daha uğurlu olması üçün qlobal və regional trendlərin gözlənilən təsirləri müzakirə olunub, bu mövzuda tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











