Məcburi köçkün ailələrə bayram sovqatı paylanıb

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi məcburi köçkün ailələrə bayram sovqatı paylanıb. Avtosfer.az ölkə əhalisinin həssas təbəqəsi olan məcburi köçkünlər Novruz bayramını böyük ümidlə gözləyir, tezliklə doğma yurda qayıtmaq arzusu və inamı ilə bayram tonqalı ətrafına toplaşırlar. Sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkün ailələrinin bayramı el adətlərinə uyğun keçirməsinə dəstək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi tərəfindən birgə humanitar yardım aksiyası təşkil edilib.
Məcburi köçkünlərin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev onların sosial problemlərinin həllini dövlət siyasətinin prioritetlərindən biri elan edib və bununla əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva onlara xüsusi qayğı göstərilməsini, təhsil, sağlamlıq məsələlərini daim diqqətdə saxlayır.
Bildirilib ki, hazırda koronavirus xəstəliyinin qlobal pandemiyaya çevrilməsi ilə bağlı yaranmış fövqəladə şəraitdə respublikamızda əhalinin, o cümlədən məcburi köçkünlərin bu təhlükəli virusdan qorunması üçün kompleks tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi sosial izolyasiya tədbirlərinin icrası zəruridir, bu sahədə görülən işlərə hər bir vətəndaşın, bütün cəmiyyətin dəstəyi vacib şərtdir.
Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyinin nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” və “Ümid” yaşayış komplekslərində yaşayan 2500-dən çox məcburi köçkün ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bildirilib ki, hər üç təşkilat daim onların yanında olacaq, belə görüşlər davamlı xarakter daşıyacaq.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib, dövlətimizin gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə, doğma Qarabağın hər yerində Novruz tonqallarının qalanacağına əminliklərini ifadə ediblər.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












