Mədəniyyət Nazirliyinin sözçüsü işdən çıxdı

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İ.Hümbətov özü "Facebook" səhifəsində paylaşım edib.
O, paylaşımında 2000-ci ildən müxtəlif vəzifələrdə çalışdığı Mədəniyyət Nazirliyində fəaliyyətini bu gündən etibarən başa vurduğunu qeyd edib:
"Bu illər ərzində nazirlik tərəfindən ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği və tanıdılması, Azərbaycan dövlətinin mədəniyyət siyasətinin həyata keçirilməsi ilə bağlı görülən işlərdə mənə həvalə edilən vəzifə səlahiyyətlərinə müvafiq olaraq fəal iştirak etmiş, xüsusilə nazirliyin kütləvi informasiya vasitələri ilə əlaqələrinə məsul şəxs kimi bu qəbildən çoxsaylı layihələrin, respublikamızda, eləcə də müxtəlif xarici ölkələrdə Azərbaycan mədəniyyəti adına reallaşan tədbirlərin mediada dolğun işıqlandırılması üçün səy və bacarığımı əsirgəməmişəm. Böyük məmnunluq hissi keçirirəm ki, bu sahədə fəaliyyətim, xidmətlərim dövlətimizin başçısı tərəfindən də qiymətləndirilib.
İnanıram ki, möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyəti bundan sonra daha da inkişaf edəcək, dünyada daha geniş miqyasda təbliğ və təqdim olunacaq. Bu işdə Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinə uğurlar arzulayıram. Arxada qalan illər mənə çalışdığım sahədə təcrübə, səriştə qazandırmaqla bərabər, daim təmasda olduğum media sahəsində çoxlu dostlar, dəyərli həmkarlar da bəxş edib. Onların də hər birinə uzunmüddətli əməkdaşlığa görə minnətdarlığımı bildirir və işlərində nailiyyətlər arzu edirəm".
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










