Mədət Quliyev: "Polisə qarşı təxribat fiaskoya uğrayacaq"

Müdafiə Sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev Azərbaycan polislərinə təşəkkür məktubu göndərib. Azərbaycanın Milli Qəhrəmanları adından göndərilən məktubda polisin xidmətlərinə kölgə salmağa çalışıldığı, ancaq bu təxribatın fiaskoya uğrayacağı vurğulanıb.
Məktubda deyilir: "Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçməmiş, bu xəstəlik əksər dünya dövlətləri kimi Azərbaycana və onun iqtisadiyyatına da yetərincə zərər vurmuşdur. Böyük iqtisadi itkilərə baxmayaraq, daima insan faktorunu diqqət mərkəzində saxlayan dövlətimiz bu dəfə də yürütdüyü siyasətə sadiq qalaraq Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyi üçün mühüm addımlar atmaqda davam edir. Ölkədə elan olunan xüsusi karantin rejimi dövründə koronavirusa yoluxma sayının ən çox qeydə alındığı paytaxt Bakıda ön cəbhədə xidmət edən həkimlərlə yanaşı, polislər də əsl qəhrəmanlıq göstərirlər. Aylardır gücləndirilmiş iş rejimində yorulmadan, usanmadan xidmət aparan, bu çətin günlərdə xalqın sağlamlığı naminə öz həyatlarını təhlükəyə atan Azərbaycan polisi öz xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinə nəzarət edir, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır və ən əsası humanist davranışları ilə milli həmrəyliyə öz töhfəsini verir.
Təəssüflər olsun ki, dövlətimizin inkişafına qısqanclıqla yanaşan, onun beynəlxalq nüfuzunun artmasından narahatlıq keçirən bəzi müxalifyönlü qüvvələr Azərbaycan polisinin xidmətlərinə kölgə salmağa çalışırlar. Lakin bu antimilli ünsürlər karantin rejiminin tələblərini pozanlara qarşı qanunamüvafiq tədbirlər görən Azərbaycan polisinə ləkə atmaq istəklərinə nail ola bilməyəcəklər. Onların Azərbaycan polisinə qarşı törətdikləri növbəti təxribat da fiaskoya uğrayacaq.
Biz - Azərbaycanın Milli Qəhrəmanları Azərbaycan polisinin şərəfli fəaliyyətini yüksək qiymətləndirərək, onlara öz dərin təşəkkürümüzü ifadə edirik".
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










