Media və Yayım Şurasının yeni sədri Əhməd İsmayılov kimdir?

Gündəm 8 Sentyabr 2026 14:48
Media və Yayım Şurasının yeni sədri Əhməd İsmayılov kimdir?
WhatsApp kanalımıza abunə olun

Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri təyin edilib.

Avtosfer.az xəbər verir ki, Əhməd İsmayılov uzun illər dövlət idarəçiliyi, hüquq və media sahəsində fəaliyyət göstərib. O, yeni vəzifəsinə qədər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsində çalışıb.

Yeni sədrin dosyesini təqdim edirik:

Əhməd İsmayılov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1987-1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil alıb. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini bitirib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2022-ci ildə isə ABŞ-nin Duke Universitetinin Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını tamamlayıb. Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft-Energetika Kollecində müəllim kimi başlayan İsmayılov 2004-2005-ci illərdə Ombudsman Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi vəzifəsində çalışıb. 2005–2008-ci illərdə Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi işləyib.

2008-2011-ci illərdə Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə isə Administrasiyanın Aparat rəhbəri olub. 2018-2020-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb. Əhməd İsmayılovun fəaliyyəti media sahəsində də mühüm yer tutur

Prezidentin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib. 2021-ci il yanvarın 12-də isə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsinə təyin olunub. İsmayılov daha sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müavini vəzifəsində çalışıb. O, müxtəlif illərdə dövlət təltiflərinə də layiq görülüb.

Əhməd İsmayılov 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2017-ci ildə “Tərəqqi”, 2018-ci ildə isə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalları ilə təltif olunub. 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına, 2025-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. Əhməd İsmayılov 2009–2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” ilk ərazi təşkilatının sədri olub. 2019-cu ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin eksperti kimi fəaliyyət göstərib. Ailəlidir, 1 övladı var./sfera.az

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh