Zəngəzur dəhlizi ilə bağlı son dəqiqə açıqlaması - Paralel olaraq...

İran ərazisindən keçən Araz dəhlizinin dəmir yolu komponentinin tamamlanması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında daha etibarlı və alternativ nəqliyyat bağlantısının yaradılmasına geniş imkanlar açır. Bu strateji marşrutun istifadəyə verilməsi regionda kommunikasiyaların bərpası və nəqliyyat şəbəkəsinin şaxələndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Yeni dəmir yolu xəttinin Zəngəzur dəhlizi layihəsinə necə təsir edəcəyi və iki marşrutun bir-birini əvəz edib-etmədiyi məsələsi ekspertlər tərəfindən yaxından izlənilir. Mütəxəssislərin fikrincə, Araz dəhlizi Zəngəzur dəhlizini əvəzləməkdən daha çox, onu tamamlayan paralel və səmərəli xətt rolunu oynayır. Beləliklə, Azərbaycan Naxçıvanla eyni anda iki fərqli marşrut vasitəsilə dayanıqlı və təhlükəsiz əlaqə qurmaq imkanı əldə edir. Bu proses eyni zamanda regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından da yeni reallıqlar formalaşdırır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı politoloq Fikrət Sadıqov Oxu24.com-a açıqlamasında bildirib ki, reallıq odur ki, bizim Azərbaycan hissəsi ilə, əsas hissəsi ilə Naxçıvan arasında birləşdirən yol, marşrut Zəngəzur dəhlizidir. Və bununla bağlı keçən il Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında müəyyən razılıq da əldə olunub:
“Bu özü-özlüyündə müsbət bir amildir və biz bu istiqamətdə işləri ümumiyyətlə görürük və düşünürəm ki, yaxın gələcəkdə bu dəhliz açılacaq.
Eyni zamanda, biz Araz dəhlizinin dəmir yolu hissəsindən də imtina etməmişik və biz hesab edirik ki, bu da bir paralel yoldur. Biz bundan səmərəli şəkildə istifadə edəcəyik və bu özü-özlüyündə o deməkdir ki, bizim Azərbaycanla, Azərbaycanın, daha doğrusu, əsas hissəsi ilə Naxçıvan arasında faktiki olaraq iki yol olacaq, iki marşrut olacaq”.
Politoloqun sözlərinə görə, Azərbaycanın maraqlarına cavab verən bir amildir.
Və eyni zamanda Ermənistanın da maraqlarına cavab verir, çünki bu faktiki olaraq Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçir.
O qeyd edib ki, vaxtilə İran narahat idi ki, bu dəhliz İranla Ermənistan arasında sərhədi bağlayır:
“Amma deyirdilər ki, orada hərbi şirkətlər, hərbi bazalar yerləşdiriləcək, onlar İranın əsas hədəfinə çevriləcək. Ermənistan subut edə bildi ki, orada ancaq mülki şirkətlər olacaq və İrana heç bir təhlükələr və risklər yaranmayacaq".
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












