Medvedevdən Kiyevə XƏBƏRDARLIQ: “Krıma zərbələr endirilərsə, bütün Ukraynadan qisas alınacaq”

“Ukrayna Krıma zərbələr endirəcəyi təqdirdə danışıqlar olmayacaq, ancaq Kiyevin nəzarətində olan bütün ərazilərə qisas zərbələri endiriləcək”.
Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalist Nadana Fridrixsona yazılı müsahibəsində bildirib.
Müsahibə jurnalistin “Telegram” kanalında dərc olunub.
Medvedev Ukraynanın Krıma zərbələr endirməklə Rusiyanı danışıqlara məcbur edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
“Bu halda hər hansı danışıqlar olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyevin hakimiyyəti altında olan bütün Ukrayna yanacaq”, - deyə Medvedev suala cavabında qeyd edib.
“Biz istənilən cavabı verə bilərik. Rusiya Prezidenti bunu qəti şəkildə deyib”, - deyə Dmitri Medvedev əlavə edib.
O bildirib ki, Rusiya öz qarşısında heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır. O bildirib ki, hətta doktrinal sənədlərə uyğun olaraq, nüvə silahlarından da istifadə mümkündür.
“Mən sizi əmin edə bilərəm: cavab tez, sərt və inandırıcı olacaq”, - deyə siyasətçi vurğulayıb. (oxu.az)
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












