Məhdudiyyətlər iyulun 15-dək tətbiq olunacaq

Gürcüstan parlamenti birinci oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri dəstəkləyib. Qanun layihəsinin lehinə 80, əleyhinə isə 3 deputat səs verib.
Sənədə əsasən, hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək.
Düzəlişlər hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri əhatə edir.
Parlament çoxluğunun üzvləri bildirib ki, dəyişikliklərin yeganə məqsədi ictimai sağlamlığın qorunmasıdır. Deputat İrakli Kobaxidze məhdudiyyətlərin iyulun 15-dək tətbiq olunmasını təklif edib. Parlament üzvləri qanunvericilik dəyişikliklərini bu qeydlə dəstəkləyiblər.
Müxalifət və müstəqil deputatlar isə dəyişiklikləri dəstəkləməyiblər.
Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyət rejiminin müddəti mayın 23-də başa çatacaq.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












