Məhkəmə dələduzluq edən şəxslərlə bağlı qərar elan edib

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun keçmiş həyat yoldaşı Emil Babayevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki şəxsin kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, bir neçə il əvvəl rəsmi nikahda olan E.Babayevlə E.Babayeva 21 nəfərə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turizm şirkətlərinin nümayəndələri olublar. E.Babayeva və E.Babayev onlardan iş görmək, turpaketlər təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, E.Babayevanın cəzası 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan E.Babayev və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.
Bakı Apellasiya Məhkəməsinin qərarına əsasən, E.Babayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, E.Babayevin 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib. (“Report”)
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












