Mehriban Əliyeva tapşırdı, Böyük Şorda çirkab örtüyün təmizlənməsinə başlanıldı

Bir neçə gün əvvəl Sobsan boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
“Böyük Şor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır”.
İ.İbrahimova qeyd edib ki, hazırda FHN, ETSN və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işləri həyata keçirilir. Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır.

Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












