Mehriban Əliyevanın tapşırığı ilə daha bir təyyarə Türkiyəyə yola düşdü - FOTO

Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər daha bir humanitar yardım daşıyan təyyarə yola düşüb.
Avtosfer.az xəbər verir ki, 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırılacaq.
Qeyd edək ki, ötən gün də humanitar yardım təyyarəsi ilə bölgəyə çardırlar və qızdırıcılar yola salınmışdı.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-dan etibarən Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım təyyarələri göndərir. Bu yardımlar çərçivəsində zəlzələdən zərər çəkmiş şəxslərə müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar çatdırılıb.

Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












