Meksikada koronavirus qurbanlarının sayı 13,7 minə çatır

Meksikada bir gün ərzində koronavirus infeksiyası qurbanlarının sayı 188 nəfər artıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Epidemiologiya İdarəsinin direktoru Xose Luis Alomia bildirib.
O, qeyd edib ki, bununla da COVID-19-dan ölənlərin sayı 13 699 nəfərə çatıb. Ölkədə virusa 3 484 yeni yoluxma aşkarlanıb.
"COVID-19 xəstəliyindən 13 699 pasiyent ölümü təsdiq edilib", - nazirlik rəsmisi mətbuat konfransında deyib.
Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkar edilib. Hazırda virusa yoluxanların ümumi sayı 117 103 nəfərə çatıb. Onlardan 19 629 nəfəri hazırda aktiv koronavrus xəstəsidir. Son bir gündə daha 351 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.
Virusa ən çox yoluxma Mexiko şəhərində aşkarlanıb. Burada 30 831 nəfər COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. Mexiko ştatında bu rəqəm 18 552 təşkil edir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










