Meksikada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi

Meksikada son sutka ərzində 6 859 nəfər yeni növ koronavirusa yoluxub, 915 nəfər isə virus qurbanı olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, bununla Meksikada COVID-19 diaqnozu qoyulmuş xəstələrin ölümünün ümumi sayı 40 400-ə çatdı, habelə pandemiya başlandıqdan bəri 356 255 nəfərə bu xəstəliyin diaqnozu qoyulub.
Əlavə edək ki, ölənlərin sayına görə Meksika yalnız ABŞ (140 957), Braziliya (80 120) və Böyük Britaniyadan (45 397) geri qalaraq dünyada dördüncü yerdədir.
Meksika hökuməti yüksək ölüm göstəricilərini ölkə sakinlərinin çoxunun risk qrupuna aid olması ilə izah edir. Belə ki, Meksika piylənmədən əziyyət çəkən insanların sayına görə ABŞ-dan sonra dünyada ikincidir və diabetli vətəndaşların sayına görə liderlərdən biridir. (“Report”)
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF












